• Bakı 20° C

    5.82 m/s

  • USD - 1.7

    EUR - 1.9785

    RUB - 2.3681

Bu il Sərsəng su anbarında yenidənqurma işlərinə başlanılacaq

CƏMİYYƏT

03 Iyun 2026 | 13:30

Bu il Sərsəng su anbarında yenidənqurma işlərinə başlanılacaq

Bu il 50 illiyi tamam olan Sərsəng su anbarında yenidənqurma işlərinə start veriləcək.

Bakıvaxtı.az  xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən Xankəndi şəhəri və Ağdərə rayonuna təşkil edilən mediatur çərçivəsində jurnalistlərə açıqlamasında Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədr müavini İlham Quliyev deyib.

Onun sözlərinə görə, layihə çərçivəsində strateji əhəmiyyət daşıyan hidrotexniki qurğuların modernləşdirilməsi nəzərdə tutulur.

Sədr müavini vurğulayıb ki, 2022-2023-cü illərdə Suqovuşan hidroqovşağında, Tərtərçay magistral kanalında və sol sahil kanalında əsaslı təmir işləri həyata keçirilib:

"Sağ sahil kanalının yenidən qurulması isə ərazilər minalardan tam təmizləndikdən sonra aparılacaq",-deyə o əlavə edib./trend.az


SON XƏBƏRLƏR

02 Iyun 2026