• Bakı 20° C

    5.82 m/s

  • USD - 1.7

    EUR - 1.9785

    RUB - 2.3681

Yeni qanun layihəsi Azərbaycan vətəndaşının mülkiyyət hüququnun ən ali səviyyədə bərpasına xidmət edir

CƏMİYYƏT

03 Iyun 2026 | 12:46

Yeni qanun layihəsi Azərbaycan vətəndaşının mülkiyyət hüququnun ən ali səviyyədə bərpasına xidmət edir

"Mənzil Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi sosial baxımdan çox önəmlidir. Bu, həm də Azərbaycan vətəndaşının konstitusion və mülkiyyət hüququnun ən ali səviyyədə bərqərar və bərpa olunması deməkdir".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında deputat Azay Quliyev deyib.

“Yenə də dövlətimizin çox ağıllı və müdrik bir yanaşmasını görürük. Sosial tədbirlər həmin məcburi köçkünlük statusunun itirilməsi günündən sonra üç il müddətində davam edir. Bu, ondan xəbər verir ki, dövlətimiz yenə də vətəndaşlarına qucaq açır, sahib durur və qarşıda olan üç il müddətində onların ən müxtəlif sahədə sosial qayğı, məşğulluq tədbirləri ilə bərabər, bu statusu saxlayır”, - deyə o əlavə edib.


SON XƏBƏRLƏR

02 Iyun 2026