• Bakı 20° C

    5.82 m/s

  • USD - 1.7

    EUR - 1.9785

    RUB - 2.3681

Süni intellekt əhalinin sağlamlıq vəziyyətini proqnozlaşdırmağa imkan verəcək

CƏMİYYƏT

03 Iyun 2026 | 12:22

Süni intellekt əhalinin sağlamlıq vəziyyətini proqnozlaşdırmağa imkan verəcək

"Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən rəqəmsallaşdırma siyasəti çərçivəsində vahid səhiyyə informasiya məkanı yaradılır".

Bakıvaxtı.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev “Tibbi Rəqəmsal Əkiz Sistemi”nin təqdimatı zamanı bildirib.

Nazir vurğulayəb ki, tibbi məlumatların vahid informasiya məkanında toplanması süni intellekt texnologiyalarından istifadə etməklə dərin təhlillərin aparılmasına imkan yaradacaq. Onun sözlərinə görə, yeni sistem əhalinin sağlamlıq vəziyyətinin proqnozlaşdırılması, böhran vəziyyətlərində mərkəzləşdirilmiş idarəetmə və gələcək səhiyyə strategiyalarının hazırlanmasına mühüm töhfə verəcək.

Teymur Musayev qeyd edib ki, rəqəmsal hökumət informasiya mühitində məlumatların bütövlüyünün təmin edilməsi məqsədilə tibbi məlumatların digər dövlət informasiya sistemləri ilə inteqrasiyası da həyata keçiriləcək.


SON XƏBƏRLƏR

02 Iyun 2026