• Bakı 20° C

    6.93 m/s

  • USD - 1.7

    EUR - 1.9785

    RUB - 2.3681

Avropa təlaşda: enerji xərcləri artır, inflyasiya dərinləşir

DÜNYA

03 Iyun 2026 | 09:12

Avropa təlaşda: enerji xərcləri artır, inflyasiya dərinləşir

İran ətrafında davam edən hərbi gərginlik Avropada enerji təhlükəsizliyi ilə bağlı narahatlıqları yenidən artırıb.

Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadla xəbər verir ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (BERD) xəbərdarlıq edir ki, Avropa ölkələri enerji resurslarını ABŞ-la müqayisədə bəzi hallarda altı dəfəyədək daha baha qiymətə əldə edirlər. Bu vəziyyət Avropa sənayesinin rəqabət qabiliyyətinə ciddi təsir göstərir.

BERD-in qiymətləndirməsinə görə, ABŞ-nin daxili neft və qaz hasilatının yüksək olması ona enerji sahəsində mühüm üstünlük verir. Avropa isə böyük ölçüdə idxaldan asılı olduğundan Yaxın Şərqdəki hərbi qarşıdurmalar və xüsusilə Hörmüz boğazında yaranan risklər enerji bazarlarında qiymət artımını daha kəskin hiss edir.

Son aylarda İranla bağlı münaqişənin genişlənməsi fonunda Avropanın əsas qaz göstəricisi olan TTF indeksində qiymətlər sürətlə yüksəlib. Məlumatlara görə, qazın qiyməti bir neçə gün ərzində hər meqavat-saat üçün 31,9 avrodan 54,3 avroya qədər qalxıb. Bu artım əsasən Yaxın Şərqdən enerji tədarükünə dair qeyri-müəyyənlik və Qətərdən mayeləşdirilmiş təbii qaz ixracının azalması ilə əlaqələndirilir.

Ekspertlər hesab edirlər ki, enerji qiymətlərindəki fərq Avropa istehsalçılarının ABŞ və digər rəqiblərlə mübarizəsini çətinləşdirir. BERD Avropa ölkələrini enerji bazarının dayanıqlığını artırmağa, bərpa olunan enerji mənbələrinə investisiyaları sürətləndirməyə və enerji asılılığını azaltmağa çağırır.

Mütəxəssislərin fikrincə, İran ətrafındakı böhran uzanarsa, Avropada enerji xərclərinin daha da artması və bunun iqtisadi artıma, inflyasiyaya və sənaye istehsalına mənfi təsir göstərməsi istisna olunmur.

Aydın


SON XƏBƏRLƏR

02 Iyun 2026