Türkiyədə yaşayan Azərbaycan əsilli şəxs səhvən dünyanın ən varlı adamlarından birinə çevrilib.
Bakıvaxtı.az xəbər verir ki, 10 il əvvəl Türkiyəyə köçən və hazırda 32 yaşı olan Əhməd Cahanqard Takalo adlı şəxsin bank hesabına 1 trilyon lirə (təx. 38 milyard manat) pul köçürülüb.
Ə.Takalo Vanda marketdən alış-veriş edərkən kartında yaşanan problemə görə banka müraciət edib.
Baxış zamanı onun bank hesabında 1 trilyon lirəyə yaxın ( 999 milyard, 99 milyon, 999 min 999 lirə 99 qəpik) pul olduğu üzə çıxıb. O, bir aya yaxındır bank hesabına daxil ola bilmədiyini və pulun haradan göndərilməsindən xəbərsiz olduğunu söyləyib.
Pulun mənşəyi bəlli olmadığından dövlət qurumları tərəfindən onun hesabı bloklanıb.
Süni intellektdən bu qədər pulla nə edə biləcəyini soruşduğunu deyən Takalo, "Min stadion tikə, doqquz yük maşını ilə qızıl ala və ya 300.000 əhalisi olan bir ölkə qura bilərsiniz" kimi cavablar aldığını söyləyib. Bir aydır hesablarına daxil ola bilməyən 32 yaşlı kişi problemin ən qısa müddətdə həll olunmasını gözləyir. Takalonun hesabındakı pul təxminən 21,8 milyard dollardır. Bu rəqəmlə o, dünyanın ən varlı insanlarının siyahısında 116-cı yerdədir.
Bakı 




