• Bakı 19° C

    6.8 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Maştağadakı yanğın söndürüldü - YENİLƏNİB - VİDEO

HADİSƏ

03 Iyun 2026 | 09:23 | Müəllif: Subhan Mahmudov

Maştağadakı yanğın söndürüldü - YENİLƏNİB - VİDEO

Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yanğın söndürülüb.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, yanğınsöndürənlər tərəfindən həyata keçirilən tədbirlər sayəsində yanğın genişlənməsinə, həmçinin ətraf ərazilərə yayılmasına imkan verilmədən tam söndürülüb.

***

2 iyun, saat 23:50

 

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. 

FHN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir. Yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Əlavə məlumat veriləcək.

 

***23:38

Bakıda güclü yanğın başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Maştağa qəsəbəsi ərazisində qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri müvafiq ünvanda operativ tədbirlər həyata keçirir.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR