“Tibbi Rəqəmsal Əkiz Sistemi vətəndaşların sağlamlıq vəziyyətinə dair məlumatların vahid elektron reyestrlər vasitəsilə toplanılmasını və emalını təmin edən mərkəzləşdirilmiş rəqəmsal platformadır”.
Bakıvaxtı.az xəbər verir ki. bunu səhiyyə naziri Teymur Musayev “Tibbi Rəqəmsal Əkiz Sistemi”nin təqdimatı zamanı bildirib.
Onun sözlərinə görə, yeni sistem vətəndaşların peyvənd, müayinə nəticələri və resept kimi sağlamlıq göstəricilərinin vahid elektron reyestrdə saxlanılmasını təmin edəcək.
Nazir qeyd edib ki, məlumatların mərkəzləşdirilməsi süni intellekt vasitəsilə dərin təhlil aparmağa, əhalinin sağlamlığını proqnozlaşdırmağa və gələcək strategiyalar hazırlamağa imkan verəcək.
Bakı 




