• Bakı 20° C

    6.93 m/s

  • USD - 1.7

    EUR - 1.9785

    RUB - 2.3681

Qəzada ağır yaralanan 24 yaşlı Şahin həyatını itirdi

HADİSƏ

03 Iyun 2026 | 09:25

Qəzada ağır yaralanan 24 yaşlı Şahin həyatını itirdi

Naxçıvanda baş verən qəzada yaralananlardan daha biri xəstəxanada ölüb.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, mayın 23-ü Naxçıvan-Ordubad magistralının Babək rayonu Çeşməbasar kəndi ərazisindən keçən hissəsində "Hyundai" markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində yaralanan 24 yaşlı Vəliyev Şahin Elxan oğlu bu gün xəstəxanada ölüb.

Qeyd edək ki, qəza zamanı 6 nəfər yaralanıb. Onlardan 22 yaşlı Əlizadə Nail İlham oğlu qəzadan 3 gün sonra xəstəxanada ölüb. O, NDU-nun nəzdində Naxçıvan Musiqi Kollecinin tələbəsi idi.

Yaralanan digər 4 nəfər - İbrahimov Firudin Namiq oğlu, Əsədli Turan Xaliq oğlu, Qasımov Zeynal Elxan oğlu və Rzazadə Samiq Səbuhi oğlunun müalicəsi davam edir.


SON XƏBƏRLƏR

02 Iyun 2026