• Bakı 20° C

    2.83 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Ərdoğan və Paşinyan normallaşma prosesini müzakirə etdilər

DÜNYA

02 Iyun 2026 | 23:28 | Müəllif: Subhan Mahmudov

Ərdoğan və Paşinyan normallaşma prosesini müzakirə etdilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.

Bakıvaxtı.az xəbər verir ki, danışıq zamanı Paşinyan Ərdoğanı Qurban bayramı münasibətilə təbrik edib. Tərəflər Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Ərdoğan bildirib ki, iki ölkə arasında normallaşma istiqamətində addımlar, o cümlədən birbaşa ticarətin başlanmasına yönəlmiş təşəbbüslər davam edir. O, həmçinin Türkiyənin bölgədə sülh və sabitliyin təmin olunmasına dəstəyini bir daha vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Oktyabr 2026