• Bakı 20° C

    6.93 m/s

  • USD - 1.7

    EUR - 1.9785

    RUB - 2.3681

Serial çəkilişində 1 tonluq qala qapısını sındırdılar - VİDEO

ŞOU

03 Iyun 2026 | 08:21

Serial çəkilişində 1 tonluq qala qapısını sındırdılar - VİDEO

TRT 1-də yayımlanan məşhur “Mehmed: Fetihler Sultanı”  tarixi serialının çəkiliş meydançasında maraqlı hadisə yaşanıb.

Bakıvaxtı.az xəbər verir ki, serialda qonaq aktyor qismində iştirak edən dünya və Avropa çempionu milli güləşçilər Taha Akgül və Rıza Kayaalp çəkiliş zamanı təxminən 1 ton ağırlığında olan qala qapısını yerindən çıxarıblar.

Ssenariyə əsasən, idmançılar fəth səhnəsində qala qapısını sındırmağa çalışıblar. Lakin zərbənin gücü nəticəsində qapı gözlənilmədən çərçivəsindən qoparaq yerə aşıb. Hadisədən sonra çəkiliş qrupu səhnəni yenidən qurmaq məcburiyyətində qalıb.

Çəkiliş zamanı qapıya zərbə endirən Taha Akgül və Rıza Kayaalp qapını planlaşdırılandan daha güclü itələyiblər. Nəticədə ağır qala qapısı qopub və səhnədə qısamüddətli təşviş yaşanıb.

Hadisə ilə bağlı danışan Türkiyə Güləş Federasiyasının prezidenti Taha Akgül qapının qırılmasının ssenarinin bir hissəsi olmadığını bildirib: “Biz peşəkar idmançılarıq və təbii ki, fiziki gücümüz var. Qapını açmağa çalışanda o, gözlənilmədən qırıldı. Bu, əvvəlcədən planlaşdırılmış və ya səhnələşdirilmiş hadisə deyildi”.

Milli güləşçi Rıza Kayaalp isə hadisəni belə şərh edib:“Səhnəyə uyğun olaraq qapını vurub açmalı idik. Həyəcanın təsiri ilə, yəqin ki, lazım olduğundan bir qədər çox güc tətbiq etdik. Nəticədə qapı qoparaq aşdı”.

Qapının zədələnməsi səbəbindən çəkiliş planında dəyişiklik edilib. İstehsal qrupu sözügedən səhnəni yenidən montaj edib və epizodun son versiyasında fərqli görüntülərdən istifadə olunacağı bildirilib./Qafqazinfo

 


 Bizi Facebookda izləyin


SON XƏBƏRLƏR

02 Iyun 2026