• Bakı 18° C

    1.52 m/s

  • USD - 1.7

    EUR - 1.9802

    RUB - 2.3836

"34 yaşı var, qızları göstərirsən, evlənmək istəmir"

ŞOU

03 Iyun 2026 | 00:33

34 yaşı var, qızları göstərirsən, evlənmək istəmir

"Deyəsən, indiki uşaqlar çox gec evlənmək istəyir. İnşallah ki, oğlumun qarşısına elə bir qız çıxar ki, onun başını tez bağlayaram".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan "Xəzər axşamı" verilişinə müsahibəsində deyib. Müğənni oğlu Hüseyni erkən yaşda evləndirmək istədiyini bildirib:

"Məndən olsa, 22 yaşından onu evləndirərəm. Gözünü açmamış işini görmək lazımdır. Çünki yaşının üstünə yaş gəldikcə evlənmirlər. Qardaşım İsmayıl artıq evlənib. Amma digər qardaşım Ayxanın 34 yaşı var, qızları göstərirsən, evlənmək istəmir. Ona görə də tez evləndirmək lazımdır. İnşallah, mən də bütün analar kimi yaxşı və sevilən qayınana olaram". (Axşam.az)


SON XƏBƏRLƏR

02 Iyun 2026