• Bakı 23° C

    1.57 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.341

Ağdaşda maşın ağaca çırpıldı - Ölən və xəsarət alan var

HADİSƏ

03 Iyun 2026 | 09:32

Ağdaşda maşın ağaca çırpıldı - Ölən və xəsarət alan var

Bu gün saat 00 radələrində Ağdaş rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, Əlirza Lətifovun idarə etdiyi "VAZ-2106" markalı avtomobil ağaca çırpılıb.

Qəza nəticəsində nəqliyyat vasitəsində olan sərnişin, 37 yaşlı Elgün Həsənov hadisə yerində həyatını itirib. Digər sərnişin, 41 yaşlı Ramil Həsənov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Iyun 2026