• Bakı 20° C

    6.93 m/s

  • USD - 1.7

    EUR - 1.9785

    RUB - 2.3681

Macarıstanla Ukrayna dostlaşır - Liderlərin görüşü olacaq?

DÜNYA

03 Iyun 2026 | 08:47

Macarıstanla Ukrayna dostlaşır - Liderlərin görüşü olacaq?

 

Macarıstanın yeni baş naziri Peter Macyar gələn həftə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşə bilər.

Bakıvaxtı.az-ın “LeMonde.fr”ə istinadla verdiyi xəbərə görə, bu barədə Macyar bildirib.

Onun sözlərinə görə, Moskvaya yaxın olan Viktor Orbanın hakimiyyətdən getməsindən sonra iki ölkə arasında münasibətlərdə yeni bir fəsil açmaq üçün gələn həftə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməyə hazırdır.

Berlinə səfəri zamanı Macyar Ukraynadakı macar azlığının hüquqları ilə bağlı texniki danışıqlar bu həftə başa çatacağı təqdirdə belə bir görüşə hazır olduğunu və sözügedən məsələnin həllinə nikbin baxdığını söyləyib.

Qeyd edək ki, Macarıstan Baş nazirinin bu gün Parisə səfəri gözlənilir. Budapeşt Avropa İttifaqı ilə 16,4 milyard avroluq bərpa və birlik fondlarının ayrılması üçün siyasi müqavilə imzalayıb, avropalı tərəfdaşları ilə əlaqələrini bərpa etmək üçün çalışır.

Aydın


SON XƏBƏRLƏR

02 Iyun 2026