• Bakı 17° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.9802

    RUB - 2.3836

Niyaməddin Musayevdən doğum günü arzusu

ŞOU

02 Iyun 2026 | 21:00

Niyaməddin Musayevdən doğum günü arzusu

"İstəyirəm xalqım gözəl yaşasın, dövlətimiz güclü olsun".

Bakıvaxtı.az bildirir ki, bunu qaynarinfo-ya açıqlamasında 86 yaşını qeyd edən Xalq artisti Niyaməddin Musayev deyib.

Sənətkar bildirib ki, ömrü boyu ən böyük arzusu xalqının firavan, dövlətinin isə qüdrətli olmasıdır:

"İstəyirəm xalqım gözəl yaşasın, dövlətimiz güclü olsun. Bu iki arzum həyata keçərsə, bundan gözəl nə ola bilər? Allaha şükür edirəm ki, bu günləri bizə qürur hissi ilə yaşamağı nəsib edib. Elin sənətkarı bundan artıq nə arzulaya bilər ki? Mən doğum günlərimdə heç vaxt özüm üçün nəsə istəməmişəm. Həmişə xalqımı düşünmüşəm. Şükür ki, ayaq üstəyəm, səhnədəyəm".

Niyaməddin Musayev vurğulayıb ki, sənət fəaliyyəti boyunca hər zaman xalqın yanında olmağa çalışıb.

Qeyd edək ki, bu gün Xalq artisti Niyaməddin Musayevin doğum günüdür. Tanınmış sənətkar ömrünün 86-cı baharını yaşayır.


SON XƏBƏRLƏR