• Bakı 20° C

    6.93 m/s

  • USD - 1.7

    EUR - 1.9785

    RUB - 2.3681

Lənkəranda qəza: "Mercedes" 51 yaşlı piyadanı vuraraq öldürdü

HADİSƏ

03 Iyun 2026 | 10:24

Lənkəranda qəza: Mercedes 51 yaşlı piyadanı vuraraq öldürdü

Lənkəran rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə gecə saatlarında Lənkəran–Boradigah–Masallı magistral avtomobil yolunun Girdəni kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 2004-cü il təvəllüdlü Elsevər Məhərrəmovun idarə etdiyi "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən piyada, 1975-ci il təvəllüdlü Əliyar Qulamovu vurub.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 51 yaşlı piyada hadisə yerində həyatını itirib.

Meyit daxili və xarici müayinədən keçirilməsi üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

02 Iyun 2026