• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Qazaxıstan XİN rəhbəri Ceyhun Bayramova zəng edib

SİYASƏT

05 Mart 2026 | 17:20 | Müəllif: Əli Hüseynov

Qazaxıstan XİN rəhbəri Ceyhun Bayramova zəng edib

Qazaxıstan xarici işlər naziri Yermek Koşerbayev Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

Bu barədə Bakıvaxtı.az-a Xarici İşlər Nazirliyinən məlumat verilib.

Qeyd olunub ki, nazir Ceyhun Bayramov 5 mart tarixində mülki infrastruktur və şəxslərə zərərlə müşayiət olunan İran İslam Respublikası tərəfindən Naxçıvan Muxtar Respublikası ərazisinə qarşı dronla həyata keçirilmiş hücumların suverenliyimizə və ərazi bütövlüyümüzə zidd olduğunu vurğulayıb.

İran İslam Respublikasından qeyd olunan məsələyə aydınlıq gətirilməsini, izahat verilməsini, üzrxahlıq edilməsini, bu kimi halların təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görülməsini tələb etdiyimiz Qazaxıstan tərəfinin diqqətinə çatdırıb.

Qazaxıstan naziri bu hücumlardan dərin narahatlıq ifadə edib, vəziyyətin daha da gərginləşməyəcəyinə ümidvar olduğunu bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026