• Bakı C

    9.23 m/s

  • USD - 1.7

    EUR - 1.9734

    RUB - 2.1836

Təbrizdəki “Aşura” Diviziyasının qərargahına zərbələr endirildi - VİDEO

DÜNYA

05 Mart 2026 | 19:39

Təbrizdəki “Aşura” Diviziyasının qərargahına zərbələr endirildi - VİDEO

İsrail və ABŞ Hərbi Hava Qüvvələri İrana qarşı davam edən genişmiqyaslı hərbi əməliyyatların 6-cı günündə Təbriz şəhərindəki strateji hədəfləri yenidən bombardman edib.

Bakıvaxtı.az “Azad İran” teleqram kanalına istinadla xəbər verir ki, əsas hədəf İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Təbrizdə yerləşən “Aşura” Diviziyasının qərargahı olub.

Məlumata görə, bu gün günorta saatlarında endirilən raket zərbələri nəticəsində diviziyanın qərargah binası darmadağın edilib. Hücumun ardından ərazidə qatı tüstü dumanı müşahidə olunub.

Qeyd edək ki, hələlik hücum nəticəsində ölən və yaralananların dəqiq sayı barədə rəsmi açıqlama verilməsə də, hərbi infrastruktura ciddi ziyan dəydiyi təsdiqlənir.

Xatırladaq ki, fevralın 28-dən bəri davam edən əməliyyatlar nəticəsində İranın hərbi komanda mərkəzləri, o cümlədən Ali Lider Əli Xameneinin iqamətgahı və Tehrandakı “Azadi İdman Kompleksi” kimi strateji nöqtələr dağıdılıb.


SON XƏBƏRLƏR