• Bakı 11° C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

"YouTube" Belarusun dövlət mediasının kanallarını sildi

DÜNYA

04 Aprel 2026 | 18:49

YouTube Belarusun dövlət mediasının kanallarını sildi

“Google” beynəlxalq sanksiyalar səbəbindən Belarusun dövlətə məxsus üç “YouTube” kanalını, "BELTA" agentliyinin, həmçinin "ONT" və "STV" telekanallarının kanallarını silib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "BELTA" məlumat yayıb.

Agentlik vurğulayıb ki, "YouTube" platformasına sahib olan “Google” bu addımla bağlı heç bir izahat verməyib.

Belarusun İnformasiya Nazirliyi isə bu addımı dost olmayan və əsassız bir addım kimi qiymətləndirib. Belə ki, həmin KİV-lər sanksiya siyahılarına daxil edilməyib.

Qurum qeyd edib ki, cavab tədbirləri görmək hüququnu özündə saxlayır.


SON XƏBƏRLƏR