q
  • Bakı 12° C

    9.79 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.266

Xorvatiyada 4 miqrantın meyiti tapılıb

DÜNYA

04 May 2026 | 16:51

Xorvatiyada 4 miqrantın meyiti tapılıb

Xorvatiyanın Karlovats şəhəri yaxınlığında 4 miqrantın meyiti tapılıb.

Bakıvaxtı.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Daha 15 miqrant aşkarlanıb, onlardan ikisi səhhətinə görə xəstəxanaya çatdırılıb. Məlumata görə, qalan 13 nəfər yaxınlıqdakı qaçqın mərkəzinə göndərilib.

Hüquq-mühafizə orqanları nümayəndələri bildiriblər ki, əməliyyat mayın 3-ü, bazar günü həmin ərazidə olan böyük bir miqrant qrupu haqqında məlumat daxil olduqdan sonra keçirilib.

Polisin məlumatına görə, naməlum yük maşını sürücüsü insanları Sloveniya ilə sərhədin yaxınlığında düşürərək gizlənib. Miqrantlar daşınma zamanı qeyri-insani şəraitdə olduqlarını bildiriblər.

Hazırda araşdırma aparılır. Dörd kişinin ölüm səbəblərini və şəxsiyyətlərini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizalar təyin edilib.

Əlavə təfərrüatlar açıqlanmır.


SON XƏBƏRLƏR