• Bakı 20° C

    5.82 m/s

  • USD - 1.7

    EUR - 1.9785

    RUB - 2.3681

Hizbullah İsrail ordusuna hücum etdi: itkilər var

DÜNYA

03 Iyun 2026 | 13:25

Hizbullah İsrail ordusuna hücum etdi: itkilər var

Hizbullaha məxsus PUA-lar Bofor qalası və Zautar əş-Şərqiyyə qəsəbəsi yaxınlığında İsrail ordusuna hücum edərək, “Namer” tipli zirehli transportyor və bir “Merkava” tankını sıradan çıxarıb.

Bakıvaxtı.az xəbər verir ki, Hizbullahın Teleqram kanalında məlumat yayılıb.

Məlumatda bildirilib ki, daha iki tank İsrail hərbi bazası yaxınlığında yerləşən Əl-Bəyyad bölgəsində idarəolunan raketlərlə vurulub.

Bəyanatda qeyd olunur ki, qruplaşma İsrail hərbçilərinin bu yaxınlarda nəzarətə götürdüyü Həddatə yaşayış məntəqəsindəki mövqeləri artilleriya və minaatanlarla atəşə tutublar. İsrail ordusu canlı qüvvə və texnika baxımından itkilər verib.


SON XƏBƏRLƏR

02 Iyun 2026