ABŞ Prezidenti Donald Tramp sonuncu telefon danışığı zamanı İsrail Baş naziri Benyamin Netanyahuya qarşı ədəbsiz ifadələr işlətdiyini və onu “lənətə gəlmiş dəli” adlandırdığını təsdiqləyib.
Bakıvaxtı.az Telegraf-a istinadən xəbər verir ki, bu barədə o, “New York Post”a bildirib.
Tramp İsrail Baş naziri haqda bu cür sözlərin səbəblərindən danışarkən qeyd edib: “Mən onun Livanla davam edən düşmənçiliyindən bir az narahatam”.
ABŞ Prezidenti əlavə edib ki, Netanyahu ilə məhsuldar əməkdaşlığa davam edir və İsrail hökumətinin başçısına qarşı hələ də xoş hislər bəsləyir:
“Mən müharibə dövrünün prezidenti, o da müharibə dövrünün baş naziridir”.
“Axios” bundan əvvəl yazmışdı ki, Tramp Netanyahu ilə telefon danışığı zamanı İsrailin Livandakı əməliyyatlarını tənqid edərkən, ədəbsiz ifadələr işlədib və bunun İranla danışıqları təhlükəyə atdığını bildirib.




