İsrailin Livana qarşı həyata keçirdiyi hücumlar nəticəsində ölənlərin sayı artmaqda davam edir.
Bakıvaxtı.az xəbər verir ki, son məlumatlara görə, martın 2-dən bəri baş verən hücumlarda həyatını itirənlərin sayı daha 17 nəfər artaraq 2 min 696 nəfərə çatıb.
Hücumlar nəticəsində çox sayda mülki şəxsin həlak olduğu və yaralandığı bildirilir.
Beynəlxalq ictimaiyyət bölgədə gərginliyin azalması və atəşkəsin təmin olunması üçün çağırışlarını davam etdirir.
Əli Hüseynov
















