• Bakı 19° C

    3.76 m/s

  • USD - 1.7

    EUR - 1.9785

    RUB - 2.3681

Bakılı qadın Rusiyada nazir oldu 

DÜNYA

03 Iyun 2026 | 17:30

Bakılı qadın Rusiyada nazir oldu 

Larisa Kazakova Rusiyanın Penza vilayətinin təhsil naziri vəzifəsinə təsdiq edilib.

Bakıvaxtı.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə məlumat region hökumətinin rəsmi saytında yer alıb.

O, 2026-cı ilin martından - əvvəlki rəhbər Aleksey Fomin işdən çıxdıqdan sonra nazir müavini vəzifəsini icra edirdi.

Qeyd edək ki, Larisa Kazakova 29 iyun 1977-ci ildə Bakıda anadan olub. 2002-ci ildə V.Q.Belinski adına Penza Dövlət Pedaqoji Universitetinin “Tarix” ixtisası üzrə bitirib. Penza şəhərindəki 37 nömrəli məktəbdə elmi-metodiki işlər üzrə direktor müavini çalışıb. 17 yanvar 2022-ci ildə isə Nəqliyyat Texnologiyaları Kollecinin kollektivinə direktor əvəzi kimi təqdim olunub.


SON XƏBƏRLƏR