• Bakı 11° C

    2.13 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Paşinyan: Biz Ermənistanı sülhə gətirərək geosiyasi tələdən çıxardıq

DÜNYA

04 Aprel 2026 | 19:29

Paşinyan: Biz Ermənistanı sülhə gətirərək geosiyasi tələdən çıxardıq

Qarabağ hərəkatı Ermənistan Respublikasının yaradılmasına mane olan bir rıçaq idi.

Bakıvaxtı.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan "Vətəndaş müqaviləsi" Partiyasının 8-ci növbədənkənar konfransında bildirib.

"Biz Qarabağ hərəkatının davam etməsinə yol verməmək iradəsini nümayiş etdirdik və Ermənistanı sülhə gətirdik. O, xalqımız üçün sərfəli görünürdü, ancaq əslində geosiyasi tələ idi", - Paşinyan deyib.

Onun sözlərinə görə, Qarabağ hərəkatı yalnız Ermənistan Respublikasının yaradılmasına mane olan rıçaq olub. "Biz Ermənistanı geosiyasi tələdən çıxardıq və xalqa söz verdiyimiz kimi, Ermənistanı sülhə gətirdik", - Baş nazir vurğulayıb.


SON XƏBƏRLƏR