• Bakı 11° C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Vergi bəyannaməsi mobil tətbiq üzərindən təqdim ediləcək 

İQTİSADİYYAT

04 Aprel 2026 | 17:23

Vergi bəyannaməsi mobil tətbiq üzərindən təqdim ediləcək 

Azərbaycanda vergi bəyannamələrinin mobil tətbiq üzərindən təqdim edilməsi nəzərdə tutulur.

Bakıvaxtı.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsinin rəis əvəzi Samir Qəhrəmanov Bakıda keçirilən "Vergi və Mühasibatlıq Zirvəsi"ndə bildirib.

Onun sözlərinə görə, ilkin mərhələdə bu imkan sadələşdirilmiş bəyannamələr üzrə tətbiq ediləcək və əsasən mikro sahibkarları əhatə edəcək: "Növbəti mərhələlərdə isə digər bəyannamələrin də mobil tətbiq üzərindən təqdim edilməsi planlaşdırılır. Həyata keçirilən bu yeniliklər vergi inzibatçılığında şəffaflığın və çevikliyin artırılmasına, eyni zamanda sənəd dövriyyəsinin optimallaşdırılmasına xidmət edir".


SON XƏBƏRLƏR