q
  • Bakı 14° C

    5.45 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.266

AMB milli və xarici valyutada əməliyyatların aparılması qaydalarını dəyişib

İQTİSADİYYAT

04 May 2026 | 10:50

AMB milli və xarici valyutada əməliyyatların aparılması qaydalarını dəyişib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti "Rezidentlərin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nda dəyişiklik edib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Qərara əsasən, Azərbaycana idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən köçürülən, o cümlədən qabaqcadan ödənilən vəsaitlər (avans) üzrə köçürmələrin icrası üçün Nazirlər Kabinetinin xüsusi tapşırığı (qərarı, sərəncamı, müraciəti, dərkənarı) olduqda köçürmə əməliyyatları idxal müqaviləsi, gömrük bəyannaməsi və hər hansı digər sənəd tələb olunmadan icra ediləcək. Bu halda xüsusi tapşırığı təsdiq edən sənədin surəti bankda saxlanılacaq.

Həmçinin yeni əlavə olunanan maddə ilə avans ödənişi müdafiə təyinatlı malların (döyüş təyinatlı hərbi texnika, hərbi silah, döyüş sursatı, onların layihələndirilməsi və istehsalı üçün avadanlıq, dəstləşdirici və ehtiyat hissələr, həmçinin elmi-texniki məlumat, xammal, material və texnologiyalar) Azərbaycana idxalı, habelə bu cür mallarla əlaqədar işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün nəzərdə tutulduqda bu barədə Müdafiə Sənayesi Nazirliyinin məktubu banka təqdim edilə bilər. Bu halda məktubun surəti bankda saxlanılacaq.


SON XƏBƏRLƏR

03 May 2026