• Bakı 14° C

    2.07 m/s

  • USD - 1.7

    EUR - 1.9023

    RUB - 2.0943

BƏƏ sahillərində tanker vuruldu

DÜNYA

04 May 2026 | 09:45 | Müəllif: Əli Hüseynov

BƏƏ sahillərində tanker vuruldu

Birləşmiş Ərəb Əmirliklərinin əsas limanlarından biri olan Fucayra yaxınlığında tankerə hücum edilib.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı Böyük Britaniya Kral Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzi yayıb. Bildirilir ki, tanker Hörmüz boğazında naməlum mərmilərlə vurulub. UKMTO hadisə barədə məlumatı Birləşmiş Ərəb Əmirliklərinin Fujayra şəhərindən 78 dəniz mili (125,9 km – TASS) şimalda alıb.

Tanker heyətinin təhlükəsizlikdə olduğu və hadisənin ətraf mühitə heç bir təsiri olmadığı bildirilir.

Qeyd edək ki, bundan əvvəl SEPAH gəmilərə BƏƏ-nin Fars körfəzindəki şimal sahillərinə - Dubaya tərəf çəkilməyi tapşırmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Noyabr 2026