q
  • Bakı 14° C

    5.45 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.266

“İşləməsəm də qazanıram” - Məşhur müğənninin AYLIQ GƏLİRİ

ŞOU

04 May 2026 | 10:05

“İşləməsəm də qazanıram” - Məşhur müğənninin AYLIQ GƏLİRİ

Türkiyəli məşhur müğənni Hatice maddi vəziyyəti ilə bağlı açıqlaması ilə gündəmə gəlib.

Bakıvaxtı.az-ın məlumatına görə, sənətçi bildirib ki, səhnə fəaliyyətindən kənarda qalsa belə, aylıq gəliri 200 min türk lirəsinə çatır.

Hatice qeyd edib ki, bu gəlir ona rahat və dəbdəbəli həyat tərzi sürmək imkanı verir. Onun sözləri qısa müddətdə sosial mediada geniş müzakirələrə səbəb olub.

İctimaiyyətdə ən çox maraq doğuran məqamlardan biri isə müğənninin bu gəliri hansı mənbələrdən əldə etməsidir. Sosial şəbəkə istifadəçiləri Hatice-nin qazancının böyük hissəsinin son dövrlərdə məşhurlar arasında populyarlaşan ödənişli abunə platformalarından əldə oluna biləcəyini ehtimal edirlər.

Müğənni isə gəlirinin detalları ilə bağlı əlavə açıqlama verməyib. Buna baxmayaraq, açıqlama şou-biznes dünyasında və sosial mediada geniş rezonans doğurmaqda davam edir.


SON XƏBƏRLƏR

03 May 2026