Cənubi Koreyada müğənni və repçi Psy (əsl adı Pak Çe San) üçüncü şəxslər vasitəsilə reseptlə satılması nəzərdə tutulan psixotrop preparatların alınmasında şübhəli bilinərək prokurorluğa aparılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Seul polisinə istinadən "Korea Times" nəşri məlumat yayıb.
"Gangnam Style" hitinin ifaçısı 2022-ci ildən 2025-ci ilə qədər olan dövrdə meneceri və digər şəxslər vasitəsilə (etibarnamə əsasında) psixotrop dərmanları əldə etməkdə günahlandırılır. Dərmanlar üçün reseptlər Pak Çe Sanın qeyd olunan illər ərzində Seul Universitetinin xəstəxanasında müalicəsi zamanı yazılıb. Polisin məlumatına görə, mayın 29-da bu iş çərçivəsində ümumilikdə altı nəfər, o cümlədən Psy, onun meneceri və dərmanları yazan həkim həbs ediliblər. Onların hamısı prokurorluğa təhvil verilib. Cənubi Koreyanın qüvvədə olan qanunvericiliyinə əsasən, reseptlə yazılan dərmanları yalnız birbaşa həkimə müraciət edən xəstənin özü ala bilər. Qaydaların pozulmasına görə bir ilə qədər həbs və ya 10 milyon vona (6.59 min dollar) qədər cərimə cəzası nəzərdə tutulur.
Bakı 




