• Bakı 25° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.9351

    RUB - 2.1687

ARB bu müğənniyə qadağa qoydu

ŞOU

30 Iyun 2026 | 10:31

ARB bu müğənniyə qadağa qoydu

“Əziz dostlar, sənət fəaliyyətimə başladığım ilk gündən nə həmkarlarıma, nə dinləyicimə, nə də media nümayəndələrinə qarşı hörmətsizlik etmişəm. Həmişə keyfiyyətli işlərə fokuslanıb, musiqi və göz zövqünü korlamayan layihələrlə tamaşaçı qarşısına çıxmışam”.

Bakıvaxtı.az “Yeni Sabah” xəbər verir ki, bunu müğənni Nuran bildirib.

O qeyd edib ki, ARB telekanalı ona qadağa qoyub:

“Çox təəssüf ki, hər zaman dəvətlərinə və müsahibə təkliflərinə canla-başla razılıq verdiyim telekanallardan biri mənə qadağa qoyub. Özləri bunu təkzib etsələr də, son bir il ərzində vaxt ayırıb danışdığım heç bir müsahibə efirə verilməyib.

Başa düşə bilmirəm, belə bir qadağa varsa, əməkdaşlarınıza da bildirin ki, hansısa tədbirdə üz-üzə gələndə mikrofon uzatmasınlar. Yoxdursa, sözügedən materiallar niyə yayımlanmayıb? Hər bir halda haqsız yerə verilən bu qərarı gözdən keçirəcəklərini ümid edirəm. Peşəkar sənət üçün çalışmağın kifayət qədər çətin olduğu bir məqamda televiziyadan gördüyüm bu ögey münasibətin dəyişəcəyinə inanıram”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Iyun 2026