• Bakı 25° C

    11.02 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1767

Yunanıstan Prezidenti İrəvanda…

DÜNYA

03 May 2026 | 18:20

Yunanıstan Prezidenti İrəvanda…

Yunanıstan Prezidenti Konstantinos Tasulas 8-ci Avropa Siyasi İcmasının (ASİ) sammitində iştirak etmək üçün gedib.

 

Bakıvaxtı. az xəbər verir ki, onu "Zvartnots" hava limanında Ermənistan baş nazirinin müavini Tiqran Xaçatryan qarşılayıb. Kanada, Bolqarıstan, Litva, Lüksemburq liderləri və ATƏT-in baş katibi də artıq Ermənistan paytaxtındadırlar. ASİ-nin 8-ci sammiti mayın 4-də İrəvanda keçiriləcək. İcmanın ilk görüşü 6 oktyabr 2022-ci ildə Çexiyanın Praqa şəhərində baş tutub. Daha sonra sammitlər Moldovanın paytaxtında, İspaniyanın Qranada şəhərində, Böyük Britaniyanın Oksfordşir şəhərində, Macarıstan, Albaniya, Danimarkanın paytaxtlarında keçirilib. ASİ təxminən 50 Avropa ölkəsinin liderlərini bir araya gətirir. Bu, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirmək üçün ortaq maraq doğuran məsələlər üzrə siyasi dialoq və əməkdaşlığı təşviq etmək üçün bir platforma təmin edir. \Report.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Iyul 2026