• Bakı 15° C

    2.72 m/s

Azərbaycanda ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb

CƏMİYYƏT

04 May 2026 | 11:22 | Müəllif: Əli Hüseynov

Azərbaycanda ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb

Azərbaycanda aprel ayında 34 aptekdə müxtəlif nöqsanlar aşkar edilib.

Bakıvaxtı.az xəbər verir ki, 2026-cı ilin aprel ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 137 aptekdə yoxlama aparılıb. Yoxlamalardan 4-ü Bakı şəhərində, 133-ü isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib.

Keçirilən yoxlamaların 131-i planlı, 3-ü plandankənar və 3-ü yoxlamadan kənar olub.

Aşkarlanmış pozuntularla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1, 215.4, 221.1, 221.10, 452.1 və 452.3-cü maddələri üzrə müvafiq inzibati protokollar tərtib olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR