q
  • Bakı 14° C

    5.45 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.266

Bakıvaxtı.az-ın qaldırdığı problem həllini tapdı

CƏMİYYƏT

04 May 2026 | 10:10

Bakıvaxtı.az-ın qaldırdığı problem həllini tapdı

Bu il martın 15-də Bakıvaxtı.az saytında “Bakı Beynəlxalq Avtovağzalın dam örtüyü yararsız halda” başlıqlı məqalə dərc olunub.

Xatırladaq ki, avtovağzalın dam örtüyünün yararsız hala düşməsi ictimaiyyətdə də tənqid hədəfinə çevrilmişdi. Belə ki, sözügedən avtovağzalın beynəlxalq status daşıması və oraya əcnəbilərin də üz tutmasını  nəzərə alanda, bu halın Azərbaycanın beynəlxalq reputasiyasina adekvat deyildi. Yağıntılı havalarda sərnişinlər də bu vəziyyətdən şikayətlənirdilər.

Bu xəbərdən sonra aidiyyəti qurumun reaksiyası gecikməyib. Bakı Beynəlxalq Avtovağzalından Bakıvaxtı.az-a bildirilib ki, avtovağzalda infrastrukturun yenilənməsi və xidmət keyfiyyətinin artırılması istiqamətində təmir-bərpa işləri başlayıb.

Məlumat üçün bildirək ki, avtovağzalın sıradan çıxan dam örtüyü yenilənib.

Aydın


SON XƏBƏRLƏR

03 May 2026