• Bakı 17° C

    4.2 m/s

  • USD - 1.7

    EUR - 1.9802

    RUB - 2.3836

Daha 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək

CƏMİYYƏT

02 Iyun 2026 | 18:15

Daha 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək

107 və 107A nömrəli marşrutlar üzrə sərnişinlərə müasir avtobuslar xidmət göstərəcək.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, bu marşrutlar “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzini Buzovna qəsəbəsi və Maştağa qəsəbələri ilə əlaqələndirir.

İyunun 3-dən hər iki şəhərətrafı marşrut üzrə sərnişinlərə müasir avtobuslarla xidmət göstəriləcək.

Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,65 AZN müəyyən edilib.


SON XƏBƏRLƏR