Zaqatalada 15 yaşlı yeniyetmə əmisinə hücum edən canavarı bıçaqla öldürüb.
Bakıvaxtı.az-ın məlumatına görə, hadisə ötən gün rayonun Axaxdərə kəndində baş verib.
Belə ki, kənd sakini 47 yaşlı Aydın Qurbanov həyətdə iş görən zaman ona canavar hücum edib.
Evdən səs-küyə çıxan 15 yaşlı Emin Qurbanov əlindəki bıçaqla canavarı öldürüb.
Hadisə zamanı xəsarət alan 47 yaşlı Aydın Qurbanov Zaqatala rayon Xəstəxanasına çatdırılıb. Müalicəsi davam etdirilir./Qafqazinfo
Bakı 





