q
  • Bakı 11° C

    0.54 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.266

Azərbaycanda meyxana ilə bağlı CƏZA 

CƏMİYYƏT

04 May 2026 | 00:00

Azərbaycanda meyxana ilə bağlı CƏZA 

Şəhərin mərkəzi, insanların çoxluq təşkil etdiyi küçələrdə demək olar ki, hər gün yüksək səslə avtomobil idarə edən şəxslərə şahidlik edirik.

İnzibati Xətalar Məcəlləsinin 521 – “Məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması” maddəsində mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulub.

Bakıvaxtı.az xəbər verir ki, Milli Məclisin deputatı Fazil Mustafa açıqlamasında bildirib ki, bu ictimai asayişin pozulması kimi qiymətləndirilir:

“Əlbəttə, bu cür musiqilərin yüksək səslə verilməsi səs terroru kimi bir şeydir. Bir də görürsən ki, insanların kütləvi yığışdığı yerdə maşında böyük səslə meyxana, yaxud rok musiqisi səsləndirirək onların rahatlığını pozurlar. Onda bu cərimələrdən söhbət gedə bilir. Amma normalda kimsə ucadan normal mahnı dinləyirsə, bunun cəriməsi nəzərdə tutula bilməz”./Bizim.Media/


SON XƏBƏRLƏR

03 May 2026