• Bakı 17° C

    4.2 m/s

  • USD - 1.7

    EUR - 1.9802

    RUB - 2.3836

İnsanlar niyə tez yorulur? - SƏBƏBİ AÇIQLANDI

CƏMİYYƏT

02 Iyun 2026 | 17:56

İnsanlar niyə tez yorulur? - SƏBƏBİ AÇIQLANDI

“Ümumiyyətlə, gündəlik həyatda telefon və kompüterdən çox istifadə etmə insanın yorğunluğunu artırır. Lakin bu avadanlıqlardan mərhələli şəkildə istifadə olunarsa, yorğunluq hissi az olar”.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Yeni Sabah”a psixoterapevt İlkin Kazımlı bildirib.

Onun sözlərinə görə, insanın xoşbəxt olmasının əsas səbəbi serotonin hormonunun daha çox ifraz edilməsi ilə əlaqədardır: pizza hut

“Bunun üçün insan daha çox hərəkətdə olmalı və qan dövranının sürətlənməsinə nail olmalıdır. Gündəlik həyatda insanlar özlərini yorğunluqdan azad edə bilərlər. Bunun üçün bir çox üsul sadalamaq olar. Artıq yay mövsümü olduğu üçün gün işığında daha çox vaxt keçirmək və səhər idmanı rutinlərinə əməl etmək vacibdir. Bu, həm də psixoloji sıxıntıların aradan qalxmasına kömək edir. İdman etmək, dostlarla ünsiyyət qurmaq və sosial aktivliklər yaratmaq insana müsbət təsir göstərir”.

İlkin Kazımlı qeyd edib ki, insanın əsas emosional ehtiyaclarından biri məhz təsdiq olunma ehtiyacıdır:

“Ən kiçik iş belə olsa, onu tamamlamaq vacibdir. Çünki insanı ən çox tükəndirən amillərdən biri də yarımçıqlıq və natamamlıq hissləridir. Təəssüf ki, insanlarda işləri təxirə salıb sonraya saxlamaq adət halını alıb. Belə olan halda beyinə "tamamlama" siqnalı ötürülmür və təsdiqlənmə baş vermir. Beyinə "Hər hansı bir işi, kiçik də olsa, bacardım. Deməli, mən güclüyəm!" mesajının getməsi üçün o siqnal mütləqdir. Hər bir insanın əsas emosional ehtiyaclarından biri məhz təsdiq olunma ehtiyacıdır. Gündəlik öhdəlikləri yerinə yetirmək belə insanı daha gümrah edə və tükənmişlikdən uzaqlaşdıra bilər”.


SON XƏBƏRLƏR