• Bakı 15° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Pilotlarımız İranın hər yerinə çata bilir - Netanyahu

DÜNYA

03 May 2026 | 18:00 | Müəllif: Subhan Mahmudov

Pilotlarımız İranın hər yerinə çata bilir - Netanyahu

Biz iki eskadrilya qabaqcıl təyyarə, F-35 və F-15İA alırıq. Pilotlarımız İran səmasının istənilən yerinə çata bilirlər və lazım gələrsə, bunu etməyə hazırdırlar.

Bakıvaxtı.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.

“Mən silahların istehsalına investisiya qoyuluşu barədə göstəriş vermişəm. Növbəti onillikdə müdafiə büdcəsinə 350 milyard şekel əlavə edəcəyik. Bu, silahları İsraildə istehsal etmək və xaricdən asılı olmamaq üçündür. Eyni zamanda, biz inqilabi təyyarələr, mavi və ağ məhsullar hazırlayacağıq”, - Netanyahu bildirib.

Qeyd edək ki, İsrail yeni qırıcı eskadrilyaların qurulması üçün milyardlarla dollarlıq planı təsdiqləyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026