Bu gün Belqraddan Bakıya birbaşa uçan təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.
Bakıvaxtı.az xəbər verir ki, iki şəhər arasında ilk aviareysi "Air Serbia" aviaşirkəti həyata keçirib.
Uçuşlar həftədə iki dəfə - Belqraddan uçuşlar çərşənbə və bazar günləri, Bakıdan isə cümə axşamı və bazar günləri üçün planlaşdırılıb.
18:13
"Air Serbia"nın Belqrad və Bakı arasında birbaşa uçuşları başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, "Air Serbia" bu gün rəsmi olaraq Belqrad ilə Bakı arasında birbaşa aviareysi istifadəyə verib.
Məlumata görə, uçuşlar həftədə iki dəfə - Belqraddan uçuşlar çərşənbə və bazar günləri, Bakıdan isə cümə axşamı və bazar günləri üçün planlaşdırılıb.
Belqraddan ilk reysin yola salınma mərasimində Azərbaycan Respublikasının Serbiya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kamil Xasiyev, Serbiya Respublikası hökumətinin nümayəndələri - tikinti, nəqliyyat və infrastruktur naziri Aleksandra Sofroniyeviç, idman naziri Zoran Qayiç, mədəniyyət naziri Nikola Selakoviç, həmçinin "Air Serbia"nın icra heyəti, media nümayəndələri və çoxsaylı qonaqlar iştirak ediblər. \Report
Bakı 




