• Bakı 11° C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Saatlıda gecə pul itirdi - Səhər geri qaytarıldı

HADİSƏ

04 Aprel 2026 | 18:10

Saatlıda gecə pul itirdi - Səhər geri qaytarıldı

Saatlı Rayon Polis Şöbəsinə gecə saatlarında küçələrin birində içərisində pul əskinazları olan paket tapması barədə məlumat daxil olub.

Bakıvaxtı.az-ın xəbərinə görə, şöbə əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər görülüb, həmin pulları itirən şəxs müəyyən edilərək polis şöbəsinə dəvət olunub və ona məxsus pul vəsaitləri təhvil verilib.

Adının açıqlanmasını istəməyən rayon sakini paketin içərsində 4000 manatdan artıq pul olduğunu, həmin pulları kredit borcuna ödəmək üçün topladığı bildirib.

Vətəndaş göstərilən böyük köməkliyə görə polis əməkdaşlarına öz minnətdarlığını bildirib.


SON XƏBƏRLƏR