• Bakı 25° C

    10.27 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1954

Biləsuvarda 26 nəfəri it dişlədi

HADİSƏ

04 Aprel 2026 | 10:36

Biləsuvarda 26 nəfəri it dişlədi

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına son 15 gündə it dişəlməsi səbəbilə 26 müraciət daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Report-a xəstəxanadan məlumat verilib.

Bildirilib ki, onlardan 13-ü kişi, 4-ü qadın, 9 nəfəri isə azyaşlı olub:

"Pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərilib, vaksin tətbiq olunub və ambulator müalicə üçün evə buraxılıb".

Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının Biləsuvar şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyindən "Report"un yerli bürosuna bildirilib ki, sahibsiz itlər üçün sığınacaqların yaradılması üçün müvafiq qurumlara müraciət edilib:

"Yer ayrılan kimi sahibsiz itlər üçün sığınacaq yaradılacaq".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Iyul 2026