Rosatom İrandakı Buşehr Atom Elektrik Stansiyasından rusiyalı mütəxəssisləri təxliyə edir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Rosatom-un baş direktoru Aleksey Lixaçev bildirib.
Onun sözlərinə görə, ümumilikdə, 198 nəfər təxliyə ediləcək: "İşçilər avtobusla daşınır. Onların 2,5-3 gün ərzində demək olar ki, bütün ölkəni keçəcəyi, daha sonra isə İrəvan hava limanından Rusiyaya yola düşəcəyi gözlənilir".
Lixaçev vurğulayıb ki, təxliyə nüvə elektrik stansiyasına hücumdan 20 dəqiqə sonra başlayıb.
O qeyd edib ki, Buşehr Atom Elektrik Stansiyası ətrafında hadisələr arzuolunmaz proqnozlara uyğun olaraq inkişaf edir.
Bakı 




