• Bakı 13° C

    5.58 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Külək güclənəcək - XƏBƏRDARLIQ 

CƏMİYYƏT

04 Aprel 2026 | 12:19

Külək güclənəcək - XƏBƏRDARLIQ 

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə aprelin 4-6-da külək güclənəcək.

Bakıvaxtı.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Belə ki, Bakıda və Abşeron yarımadasında, o cümlədən ölkənin digər bölgələrində şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək. Bu da sarı xəbərdarlığa uyğundur.

Qazax, Ağstafa, Daşkəsən, Mingəçevir, Naftalan, Goranboyda isə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək. Bu isə narıncı xəbərdarlıqdır.


SON XƏBƏRLƏR

03 Aprel 2026