"Türkiyə bayrağı altında üzən kommersiya gəmiləri Hörmüz boğazında yoxdur. Türkiyə şirkətlərinə məxsus doqquz gəminin boğazdan keçidi ilə bağlı məsələlər Xarici İşlər Nazirliyi ilə koordinasiyalı şəkildə həll olunur".
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Türkiyənin nəqliyyat naziri Əbdülqadir Uraloğlu "CNN Türk" telekanalına müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, Hörmüz boğazında Türkiyə bayrağı altında üzən heç bir gəmi yoxdur:
“Müharibə başlayanda orada Türkiyə şirkətlərinə məxsus 15 gəmi var idi. Onlardan ikisi boğazı tərk edib, dörd gəmi isə regional ticarətlə məşğuldur və keçid üçün müraciət etmir. Qalan doqquz gəminin çıxarılması ilə bağlı Xarici İşlər Nazirliyi İran tərəfi ilə koordinasiyalı iş aparır”.
Bakı 




