Gəncədə minik maşını ilə sərnişin avtobusu toqquşub.
Bakıvaxtı.az-ın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Prospektlə hərəkətdə olan "BakuBus"a məxsus 1 saylı xətt üzrə işləyən sərnişin avtobusu ilə "Chevrolet" markalı minik maşını toqquşub.
Qəza zamanı xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib.
Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Fakt araşdırılır./Unikal
Bakı 




