• Bakı 13° C

    5.58 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Vətən müharibəsindən sonrakı mina qurbanlarının SAYI 

CƏMİYYƏT

04 Aprel 2026 | 11:45

Vətən müharibəsindən sonrakı mina qurbanlarının SAYI 

Azərbaycanda 10 noyabr 2020-ci ildən indiyə qədər mina qurbanlarının sayı açıqlanıb.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, statistikaya əsasən, Azərbaycanda 10 noyabr 2020-ci ildən mina qurbanlarının sayı 421 nəfərdir. Onlardan 72 nəfəri ölüb, 349 nəfəri xəsarət alıb. Ölənlərin 57 nəfəri mülki şəxs, 15-i isə hərbçidir. Xəsarət alanlardan isə 171 nəfəri mülki şəxs, 178 nəfəri həbçidir.

Qeyd edək ki, bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Günüdür.


SON XƏBƏRLƏR

03 Aprel 2026