Amerikalı aktrisa Şeron Stoun Hollivudda ən yaxşı öpüşən aktyorun Robert De Niro olduğunu bildirib.
Bakıvaxtı.az xəbər verir ki, 68 yaşlı ulduz bu barədə “Radio Andy” verilişində danışıb.
Onun sözlərini Page Six nəşri sitat gətirib.
Stounun sözlərinə görə, o, Martin Skorsezenin 1995-ci ildə çəkdiyi “Kazino” filmində De Niro ilə çəkiliş zamanı bunu hiss edib.
“Ayaqlarım sadəcə əsdi”, - deyə aktrisa partnyorunun bacarığını tərifləyib.
Şeron Stoun xatırladıb ki, səhnədən sonra rejissor Martin Skorseze duetə kadrın alındığını desə də, yenə bir dublyaj da çəkməyi təklif edib.
“Biz ikimiz də ona baxdıq və düşündük: “Bəli, deyəsən, bir dublyaj da lazımdır”, - deyə aktrisa əlavə edib.
Xatırladaq ki, bir müddət əvvəl aktrisa Nikol Kidman da karyerasındakı ən pis ekran öpüşündən danışmışdı.
58 yaşlı Kidman etiraf etmişdi ki, bu, 2017-ci ildə “Big Little Lies” serialının çəkilişləri zamanı Aleksandr Skarsqardla baş verib.
Bakı 




