• Bakı 14° C

    5.89 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib

DÜNYA

04 Aprel 2026 | 21:21 | Müəllif: Əli Hüseynov

Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HƏMAS Siyasi Bürosunun nümayəndə heyətini qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi "X" sosial şəbəkəsində məlumat yayıb.

"Qəbulda Qəzzadakı son vəziyyət müzakirə edilib", - məlumatda bildirilib.

Qeyd edək ki, martın 31-də Türkiyənin xarici işlər naziri Hakan Fidan HƏMAS-ın Siyasi Bürosunun üzvü Xəlil Əl Hayyanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. HƏMAS-ın Siyasi Bürosunun üzvü Xəlil Əl Hayyanın başçılıq etdiyi nümayəndə heyəti Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın ilə də müzakirələr aparıb. Görüşlərdə Qəzzada davam edən gərginlik, humanitar böhran, İordan çayının Qərb sahilində İsrailin atdığı addımlar və Qüdsdə Məscidül-Əqsaya tətbiq edilən məhdudiyyətlər gündəmə gətirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Oktyabr 2026