Amerikalı müğənni Britni Spirs Kaliforniyada sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə həbs edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.
Hadisə martın 4-də baş verib. Saat 21:30-da pop ulduzun avtomobili yol patrulu tərəfindən saxlanılıb. Saat 03:00-a qədər Spirsin həbs prosesi Ventura dairəsi Şerif İdarəsində tamamlanıb, saat 06:00-da isə azad olunub. Daha sonra o, qanında spirt səviyyəsinin müəyyənləşdirilməsi üçün xəstəxanaya gedib.
Müğənninin nümayəndəsi Keyt Hadson "Bu, uğursuz və yolverilməz bir hadisədir. Brittni qanunlara uyğun hərəkət etməyə hazırdır. Ümid edək ki, bu, onun həyatında uzun zamandır lazım olan dəyişikliklərin ilk addımı olacaq" deyə, bildirib.
Qeyd edək ki, müğənni ötən ilin sentyabrında da sükan arxasına sərxoş vəziyyətdə keçmişdi.
Bakı 




