• Bakı 12° C

    9.99 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Bakı metrosunda insident: Qurum İTKİLƏRİNİ açıqladı

CƏMİYYƏT

30 Aprel 2026 | 00:02 | Müəllif: Əli Hüseynov

Bakı metrosunda insident: Qurum İTKİLƏRİNİ açıqladı

Bir neçə gün əvvəl Bakı Metropolitenində qatarların hərəkətində problem yaşanıb və metronun fəaliyyəti bir neçə saatlıq dayandırılıb.

Bu hadisələr səbəbindən Bakı Metropoliteni nə qədər maliyyə itkisi ilə üzləşib?

Bakıvaxtı.az xəbər verir ki, Bakı Metropoliteni QSC-dən aprelin 21-də Bakı Metropolitenində baş vermiş hadisənin maliyyə zərərinin əsasən sərnişin axınında müşahidə edildiyini bildirilib.

“Belə ki, hadisə günü iş günləri üzrə orta sərnişin sayı 757 min səviyyəsindən 537 minə düşərək təxminən 29% azalma göstərib. Sonrakı günlərdə sərnişin sayı tədricən bərpa olunub. Nəticə etibarilə, hadisə baş verdiyi gündən etibarən ümumi sərnişin itkisi təxminən 267.4 min nəfər, birbaşa maliyyə itkisi isə təxminən bu saya uyğun qiymətləndirilir”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, verilən rəqəmlərə əsasən, Bakı Metropoliteninin təxmini maliyyə zərəri 160 min manat təşkil edir. /bizim.media


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026